ОСОБЕННОСТИ СОЦИАЛЬНО-ПЕДАГОГИЧЕСКОЙ РАБОТЫ С СЕМЬЕЙ, ВОСПИТЫВАЮЩЕЙ РЕБЕНКА С ОВЗ

Müəllif: Меликов Мелик Шихбала оглу
Ключевые слова: семьи, воспитывающие детей-инвалидов, проблемы воспитания детей-инвалидов, профилактика и воспитание социальных педагогов и членов семьи, социальная поддержка
Açar sözlər: fiziki məhdudiyyətli uşaqları böyüdən ailələr, fiziki məhdudiyyətli uşaqların tərbiyəsi problemləri, sosial müəllimin ailə ilə profilaktik və tərbiyə işləri, sosial dəstək
Key words: the family bringing up a child with limited opportunities of health; problems of education of the child with limited opportunities of health; social teacher’s preventive and educational work with a family; social patronage

 

В настоящее время социальная защита и оказание психологической и образовательной помощи семьям, воспитывающим детей-инвалидов, являются сложными. Специалисты социальных служб, медицинские работники и работники образования понимают, что недостаточно оказывать материальную помощь детям-инвалидам и их семьям. Кроме того, если государственная поддержка детей-инвалидов включает только пенсии и пособия, то к возрасту ребенка-инвалида общество получит взрослого, который не может жить самостоятельно и кормить себя. В работе органов социальной защиты накоплен определенный опыт в области профилактики и реабилитации детей-инвалидов и их родителей. Для детей созданы группы социальной адаптации, в которых дети учатся работать самостоятельно, особенно навыкам использования бытовых приборов, посуды и т. Д. В релаксационной группе дети учатся самоорганизации, умению регулировать эмоциональный стресс и навыки общения. Основными направлениями психологической и воспитательной работы с семьями, воспитывающими детей-инвалидов, являются: традиционная профилактика, информирование, коррекция, реабилитация.

QADIN XEYRİYYƏ CƏMİYYƏTLƏRİ VƏ QADIN TƏHSİLİ

Müəllif: Xudiyeva Fəxriyyə Telman qızı
Açar sözlər: qadın xeyriyyə cəmiyyətləri, qadın təhsili, qız məktəbləri
Key words: women's charitable society, women's education, women's schools
Ключевые слова: женские благотворительные общество, женское образование, женские школы

 

Azərbaycan XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq yüksəliş, tərəqqi mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə çox böyük milli ziyalı kadrlarımız yetişmiş, milli dilimiz, məktəbimiz, ana dilli dərsliklərimiz meydana gəlmişdir. Bu dövrdə həmçinin qadınlar arasında geniş maarifçilik hərəkatı nəticəsində ölkədə bir çox qadın təşkilatları, xeyriyyə cəmiyyətləri yarandı, qadın hüquqları uğrunda mübarizələr başladı, qadın təhsili diqqət mərkəzinə keçirildi.
ХIХ əsrin əvvəllərində rus çarizmi tərəfindən 1846-cı ildə Tiflisdə yaradılmış “Müqəddəs Nina” хеyriyyə cəmiyyəti elə bu adda da Azərbaycanda yaradılmış bu cəmiyyət qadınların təhsilinə xüsusi fikir verdi və müxtəlif tədris müəssisələri açmağa başladı. “Müqəddəs Nina”nın Xeyriyyə cəmiyyətinin Şamaхıda, Bakıda, Gəncə və İrəvanda şöbələri yaranıb fəaliyyətə başladı.
Cəmiyyət zəngin adamların ianəsi hеsabına, üzvlük haqqı toplayır tоplanan vəsait hеsabına məktəblər açır, qadın problemlərini, hüquqlarını həll edirdi.

TƏHLÜKƏSİZLİK ANLAYIŞI VƏ ONUN MÜASİR BEYNƏLXALQ SİSTEMDƏ TƏSİRİ

Müəllif: Cəfərova Leyla Mühiddin qızı
Açar sözlər: Təhlükəsizlik, təhdid, terrorizm, diplomatiya, mütəşəkkil cinayətkarlıq
Key words: Security, threat, terrorism, diplomacy, reforms, organized crime

Ключевые слова: Безопасность, угроза, терроризм, дипломатия, организованная преступность

 

Beynəlxalq münasibətlərinin aktual problemi kimi sülhün qorunması və təhlükəsizliyin təmin olunmasını xüsusilə vurğulamaq lazımdır. Ümumiyyətlə, təhlükəsizlik anlayışı ilk dəfə 1904-cü ildə Teoder Ruzvelt tərəfindən işlədilmişdir. Təhlükəsizlik anlayışı yarandığı ilk vaxtlarda yalnız dar mənada yəni, hərbi sahədə təhlükəsizliyin təmini başa düşülürdü. Qloballaşma prosesləri vüsət aldıqca, elmi-texniki inqilab inkişaf etdikcə artıq müxtəlif sferalarda təhlükəsizliyi təmin etmək zərurəti yaranırdı. Aydındır ki, təhlükəsizlik siyasi kateqoriyadır. Bəşəriyyət üçün təhlükəsizliyin nə qədər vacib olduğunu qədim dövrdə insanların kollektiv yaşamasından anlamaq olar. Birgə yaşayış kollektivin bir-birindən və qrup daxilində qorunması zərurətini yaradırdı. Bu səbəbdən təhlükəsizliyə sosial anlayış kimi də baxıla bilər.

ÇEXİYA- MƏŞHUR TURİZM DESTİNASIYASI KİMİ

Müəllif: Fərmanlı Ləman Afət qızı Azərbaycan

Açar sözlər: turizm, iqtisadiyyat, müalicə, Çexiya
Кеy word: tourism, economy, treatment, Czech Republic
Ключевые слова: туризм, экономика, лечение, Чешская Республика

 

Giriş: Səyahət və turizm dünyanın əksər ölkələrində mühüm iqtisadi fəaliyyətdir. Birbaşa iqtisadi təsiri ilə yanaşı sənaye əhəmiyyətli dolayı təsirlərə malikdir. Turizmin ÜDM-ə birbaşa qatqısı Milli Hesabatda da bildirildiyi kimi otellər, hava yolu şirkətləri, airpotlar, turizm agentlikləri və birbaşa məşğul olan əyləncə və rekreasiya xidmətləri kimi turizm xüsusiyyətli sektorlar vasitəsilə mümkündür [ 2,s.2].

XX ƏSR AZƏRBAYCAN POEZİYASINDA ASTRONOMİK MOTİVLƏR

Müəııif: Quluzadə Bəhram Əndəlib oğlu, Salmanova Gülgəz Sabir qızı
Açar sözlər: ulduz, planet, komet, lirika
Key words: stellar, planet, comet, lyric poetry
Ключевые слова: Звезда, планета, комета, лирика

 

Ulduz elminin dəqiq yaranma tarixi məlum deyil. Görkəmli astrofizik İosif Şklovskinin qeyd etdiyi kimi, nəinki insanlar, eləcə də bir sıra digər canlılar da astronomik duyuma malikdir. Göy qübbəsi öz füsunkarlığı ilə insanları daim özünə çəkmiş, şairlərin ilham mənbəyi olmuşdur. XX əsr Azərbaycan poeziyası da bu baxımdan zəngindir.
Ölməz Mirzə Ələkbər Sabir öz satirasına astronomik notlar əlavə edir [1]:


Düz yeri bir yupyumuru şey sanır,
Həm də deyir sutkada bir fırlanır.
Göy dayanır, ay dolanır, gün yanır,
Kafirə bax, gör nə bədimandı bu,
Dur qaçaq, oğlum, baş ayaq qandı bu!


“Şərqin Şekspiri” adlandırılan Hüseyn Cavidin yaradıcılığında da sonsuz Kainat bütün incəlikləri ilə canlanır [2]:


Mən fəqət hüsn-xuda şairiyəm,
Yerə enməm də, səma şairiyəm!


Monumental şairimiz Səməd Vurğunun şeir və poemalarında sirli-soraqlı dünyanın poetik mənzərəsi verilir [3]:


Ayazlı-şaxtalı o qış axşamı
O ay dediyimiz göylərin şamı
O qarlı düzlərə baxıb yanırdı,
Yolçular getdikcə yol uzanırdı.


Xalq şairi Məmməd Araz öz poeziyasında astronomik çalarlar işlədir[4] :


Məndən soruşanda sən kimsən, onda
Nəsimi oluram alov donunda.
Bəzən üfüq adlə bir Nizamiyəm,
Demək mən xilqətəm, demək hamıyam.
Bəzən Füzuliyəm, bir planetəm,
Bəzən bir ulduzam, bəzən kometəm.

XIX ƏSR AZƏRBAYCAN AŞIQ YARADICILIĞI

Müəllif: Yaqubova Cahidə Etibar qızı

Açar sözlər: aşıqlıq, məclislər, ustad, dastan, səfər
Key words: аshug's creativity, mejlises, master, dastan, travel
Ключевые слова: ашугство, меджлисы, мастер, дастан, путешествие

 
Aşıq yaradıcılığının çox qədim tarixi vardır. XIX əsrdən başlayaraq aşıq şeiri və musiqisi inkişaf etməyə başlayır. Bu, sazda simlərin nizamlı düzülüşü, üç müstəqil səs axarının olması ilə əlaqəlidir. Aşıq sənəti oğuz və türk tarixi mədəni mərhələlərinin analoji sənət hadisələri əsasında yaranmışdır. Azərbaycanda dastançılar, ozanlar qədim zamanlardan mövcuddur. XVI-XVII əsrdən başlayaraq onlar aşıq adlandırılmışlar.
Cavan aşıqlar aşıq ədəbiyyatına yeni hava, insana məhəbbət, zəhmətə yeni münasibət gətirirlər. Ustad aşıqlar aşıqlıq sənətini hər zaman uca tutmuş, ona ləkə gətirmək istəyənlərə qarşı mübarizə aparmışlar.

Öncəki 1 2 3 4 5 6 7 8 9 10 ... 46 Рекомендуем посетить сайт newprogs.net с софтом Sonrakı
  • Ünvan: AZ 1073, Bakı ş., Yasamal r.,
                 Mətbuat pr., 529-cu məhəllə
    Tel.:    (+994 12) 510 63 99
    Mob.: (+994 50) 209 59 68
               (+994 55) 209 59 68
    www.elmi-ish.az
    Email: [email protected]
  • Address: 529 block., Matbuat ave.,
                    Yasamal dis., Baku, Az 1073
    Tel.:    (+994 12) 510 63 99
    Mob.: (+994 50) 209 59 68
               (+994 55) 209 59 68
    www.elmi-ish.az
    Email: [email protected]
  • Адрес: АZ 1073, г. Баку, Ясамальский р.,
                 Метбуат пр., 529-ый квартал
    Тел.:    (+994 12) 510 63 99
    Моб.: (+994 50) 209 59 68
               (+994 55) 209 59 68
    www.elmi-ish.az
    Email: [email protected]