POEZİYAYA VERİLƏN BİR-BİRİNƏ ZİDD MÜXTƏLİF TƏRİFLƏR FONUNDA POETİK TƏRCÜMƏ MƏSƏLƏLƏRİNİN TƏHLİLİ

Müəllif: Rövşən Ramizoğlu
Açar sözlər: poeziya, poetik tərcümə,müəllif mətni, tərcümə mətni
Key words: poetry, poetic translation, author's text, translation text
Ключевые слова: поэзия, поэтический перевод, авторский текст, текст перевода

 

Tanınmış rus şairi Samuil Marşak poetik tərcümə haqqında bunları yazır: “Şeir tərcüməsi ali və çətin sənətdir. Mən ilk baxışdan paradoksal görünən, amma mahiyyətcə dəqiq iki müddəa irəli sürərdim:
Birinci. Şeir tərcüməsi mümkün deyil.
İkinci. Bu, hər dəfə istisnadır. Əgər tərcüməçi öz işinə məhz bu cür yanaşırsa (əslində, təkcə tərcüməçi yox, həm də hər bir şair), o nəyəsə nail ola bilər.
Doğrudan da, nə isə alınanda bu necə də böyük xoşbəxtlik olur!” (1).
Digər rus şairi V.Bryusovun dedikləri də Marşakın fikirləriylə səsləşir: “Şairin yaratdığını bir dildən başqa bir dilə çevirmək qeyri-mümkündür; amma belə bir istəkdən vaz keçmək də olmur” (2, 188).
A.Mejirov “Literaturnaya qazeta”da çap etdirdiyi “Tərcümə meydanlarında” adlı məqaləsində poetik tərcüməyə şeirlə münasibət bildirir:
“Yenidən,
Mavi tüstüdən,
Yaranır poeziya.
Onu tərcümə etmək
Mümkün deyil heç cürə.
Çünki o sadiqdir,
Həmişə ana dilə” (3).

BƏDİİ VƏ PUBLİSİST ÜSLUBLARIN QARŞILIQLI ƏLAQƏSİ

Müəllif: Məmmədova Aynurə İdris qızı
Açar sözlər: bədii üslub, publisist üslub, üslublar, ədəbi dil, üslub xüsusiyyətləri
Key words: the belles-lettres style, the publicist style, the styles, the literary language, the identity of the style
Ключевые слова: художественный стиль, публицистический стиль, стили, литературный язык, особенности стилей

 

Ədəbi dil əslində üslublar sistemidir. Cəmiyyət inkişaf etdikcə dilin fəaliyyət dairələri genişlənir. Nəticədə funksional ixtisaslaşma meydana çıxır və bir qrup leksik, morfoloji, sintaktik vahidlər sanki bir sahəyə təhkim olunur, orada fəaliyyət göstərərək konkret üslubi çalar alır. Bir üsluba xas olan bəzi ifadə vasitələri başqa üslubda işlənərək yeni vəzifə daşıya bilir.
Dilçilik ədəbiyyatında funksional üslubların növləri və onlar arasındakı qarşılıqlı əlaqələrin olduğu qeyd olunmuşdur. Bu qeydlərə əsaslanaraq tədqiqatçı A.Quliyeva üslubların əlaqəsinə aid tədqiqat işlərinin iki istiqamətdə aparıldığını göstərmişdir: “1) bir üslubun digər üslub ilə qarşılıqlı əlaqəsi; 2) bir üsluba məxsus müəyyən elementin və ya elementlərin digər üslubda təzahürü” (1, s. 6). Bu cür əlaqələrin aşkarlanması və tədqiqata cəlb olunması dildə gedən prosesləri izləmək mənasında çox vacibdir. Çünki onlar sözlərdə semantik yeniliyin əmələ gəlməsinə, dilin funksional rəngarəngliyini artırılmasına təkan verən proseslərdir.

TARİXİ GERÇƏKLİYİN AÇILMASINDA TOPONİMLƏR VƏ ETNOTOPONİMLƏR ƏVƏZEDİLMƏZ MƏNBƏDİR

Müəllif: Ağayeva Natəvan Fəxrəddin qızı
Açar söz: toponim, etnotoponim, onomastik, areal, xəzinə, etnogen
Key words: toponim, etnotoponim, onomastic, local, treasure, etnogenic
Ключевые слова: топоним, этнотопоним, ономастический, ареал, этноген

Bu dəhşətli hadisələr bəşəriyyətə qarşı cinayət kimi hüquqi – siyasi qiymətini almalıdır. Dünya dövlətləri bu pirinsipial məsələdə mövqelərini yenidən dəqiqləşdirməli, erməni təbliğatı nəticəsində formalaşmış stereo-tiplərdən imtina etməlidilər.
Bu, bir tərəfdən həmin hadisənin bir daha təkrarlanmasına yol verməmək üçün vacibdir, o biri tərəfdən isə, soyqırımı qurbanlarının xatirəsi qarşısında bizim vətəndaşlıq borcumuzdu.
Ümummilli Liderimiz Heydər Əliyev

Azərbaycanlılar dünyanın ən qədim xalqlarından biri, Şumer mədəniyyətinin varisidir. Cənnət kimi gözəl Azərbaycan torpaqlarında tarix boyu yadellilərin gözü olub. Dünyanın ən böyük cahangirləri dəfələrlə Azərbaycana qoşun çəkmiş, bu torpağın hər qarışı insan qanı ilə yoğrulmuşdur. Tarixin müəyyən dönəmlərində Vətənimiz işğala məruz qalmış, torpaqlarımız hissə - hissə bölüşdürülmüşdür. Dəmirqapı Dərbəndi, Borçalını, Təbrizi, Zəngəzuru, Göyçəni, Zəngibasarı, Dərələyəzi Azərbaycanımızdan qoparmışlar.
Tarixi gerçəkliyin acılmasında toponimlər və etnotoponimlər əvəzedilməz mənbədir. Azərbaycan xalqının qədim və zəngin tarixi ilə yaşıd olan toponimlər, etnotoponilmər daş kitabələr, abidələr kimi tarixin özünə şahidlik edir.
Allar - Zəngəzur ərazisində Gorus rayonunda kənd adıdı. Bir çox mənbələrdə kəndin adı Alarlar kimi verilib. Bazarçayın sol sahilində, meşəlik ərazidə yerləşirdi. Alarlar moğol türklərinin oyrat qoluna mənsub olan tayfadır. XIII əsirdə moğol yürüşləri zamanı Qafqaza gəlmiş, şahsevənlərin tayfa birliyinə daxil olmuş və müxtəlif regionlarda məskunlaşmışlar. Azərbaycanın Yardımlı və Cəlilabad rayonlarında, Türkiyənin Sivas bölgəsindən və Cənubi Azərbaycanda da Allar kəndləri vardır. Andronikin Zəngəzura hücumu zamanı 1918 – ci ildə azərbaycanlı əhalisi qovulmuş və kənd dağıdılmışdır.
Ağaflı - Zəngəzur ərazisində Gorus rayonunda kənd adıdı. 1913 – cü ildə D.D.Paqirevin tərtib etdiyi “Qafqazın beş verstlik xəritəsinin ad göstəricisi” toplusunda kəndin adı Aqaplu şəklində göstərilmişdir. Gorus rayon mərkəzindən 23 km. şimal - şərqdə yerləşmişdi. Kənd XX əsrin əvvəllərində dağıdılmışdır. Kəndin adı kəndin əsasını qoyan Ağaflı nəslinin adı ilə bağlıdır.

YENİ DÖVR (XXI ƏSR) TÜRK YAZIÇI VƏ ŞAİRLƏRİNİN DİL VƏ ÜSLUB XÜSUSİYYƏTLƏRİ

Müəllif: Mecidova Xəyalə Mirələm qızı
Açar sözlər: dil, üslub, yeni dövr, ədəbi yaradıcılıq, türk dili
Key words: language, style, new journey, literary creativity, Turkish language
Ключевые слова: язык, стиль, новая эра, литературное творчество, турецкий язык
 
Yüzilliklər tariхinə malik Türkiyə türk ədəbiyyatı zəngin ənənələr zəminində inkişaf еtmiş, dünya ədəbi-bədii fikrinin fоrmalaşmasında mühüm rоl оynamışdır. Lakin оnu da nəzərə almaq lazımdır ki, hər bir хalqın ədəbiyyatında оlduğu kimi Türkiyə türk ədəbiyyatında da özünəməхsus cəhətlər və fərqli хüsusiyyətlər diqqətdən yayınmır. Təbii оlaraq burada birinci növbədə milli sənət prоblеmlərinin qarşısında dayanan məsələlər və оnun həlli yоlları önəm təşkil еdir. Türkiyə türk ədəbiyyatının bir özəl kеyfiyyəti də оndan ibarətdir ki, bu ədəbiyyat ''bir çох millətlərin ədəbiyyatları kimi bir vətəndə, sоn bеş-altı əsr içində yох, türklərin dəyişik vətənlərində yüzillər boyu fоrmalaşıb inkişaf еtmişdir. Dоğrudur, bu qədər gеniş cоğrafi məkanda ümumtürk ədəbiyyat və sənət ənənələri təsirindən yan kеçilməsə də, Türkiyə türk ədəbiyyatı milli bir ədəbiyyat оlmaq kеyfiyyətini mühafizə еtmişdi.
Türk ədəbiyyatı 2000-ci ildən sonra yeni bir yol çəkməyə başlamışdır. Ümumiyyətlə, hekayə və roman janrlarını nəzərə alsaq, o zaman biz bu dövrə aid bir çox ümumi mövzular və bədii araşdırmaların ön plana çıxdığını görürük.

СТАНОВЛЕНИЕ И РАЗВИТИЕ ФРАЗЕОЛОГИЧЕСКОЙ НАУКИ В УКРАИНЕ

Müəllif: Керимова Леся Александровна
Ключевые слова: фразеологизмы, развитие, периоды, культура, традиции, особенности
Açar sözlər: frazeologizmlər, inkişaf, mərhələlər, mədəniyyət, ənənənə, xüsusiyyətlər
Key words: frazeologisms, development, stages, culture, tradition, features

 

Фразеологизмы относятся к языковым единицам, дающим представление об истории, культуре, мировоззрении и образе жизни украинского народа. Фразеологические единицы делают речь более выразительной, яркой и свидетельствуют об уровне развития языка. Богатство состава фразеологических единиц в лексической системе украинского языка дает возможность их изучения в различных аспектах (этимологическом, семантическом, синтаксическом и т.д.).
Во фразеологических единицах находит отражение мировоззрение украинского народа ‒ система взглядов, оценок и образных представлений о мире и месте в нем человека, общее отношение человека к окружающей действительности и самому себе, а также обусловленные этими взглядами основные жизненные позиции людей, их убеждения, идеалы, принципы познания и деятельности, ценностные ориентации. Такие внеязыковые факторы, как украинские обычаи, обряды, традиции, верования и т.д., являясь неотъемлемой частью духовной культуры украинского народа и выражая его мироощущение в разные периоды исторического развития, тесно связаны с появлением отдельных фразеологических единиц.

İNGİLİS DİLİNDƏ MÖVCUD OLAN HAZIR BİRLƏŞMƏLƏRİN TƏSNİFATI

Müəllif: Əhmədova Səidə Məhiyəddin qızı
Açar sözlər: frazeologiya, birləşmə, idiom, məsəllər, təsnifat
Key words: phraseology, combinations, idiom, sayings, classification
Ключевые слова: фразеология, сочетания, идиома, поговорки, классификация
 
Dildə çoxlu sayda söz və ifadələr mövcuddur. Bütün dillərdə olduğu kimi ingilis dilinin de özünə məxsus sabit və sərbəst söz birləşmələri, idiomlar, atalar sözləri və məsəlləri mövcuddur. Dildəki sabit birləşmələr dilin əsas frazeoloji birləşməsini təşkil edir. İngilis dilində frazeoloji birləşmələrin bəzilərində komponent əksikliyi olarkən, bəzilərində hissələrin sabitliyi görünür. Bu ifadərin mənalarını bəzən bir başa anlamaq çətin olur. Ona görə də dilçilikdə bu ifadələrə aydınlıq gətirmək zəruri və aktual məsələlərdəndir.Hazır ifadələr müəyyən şərait və mətn daxilində anlaşılır və ya hazır şəkildə öyrənilir. Buna aid bəzi birləşmələrə nəzər salaq.
A dark horse-qara at (haqqında heç nə bilinməyən insan)
A white elephant-ağ fil (pul israfı)
Green-eyed monster-yaşıl gözlü şeytan( qısqanc mənasında Otello əsərindən götürülüb)
To let the cat out of the bag-bişiyi çantadan çıxarmaq( sirrin açılması)
To bark up the wrong tree- səhv ağaca hürmək( yalnış yerdə axtarmaq)
Xarici dil öyrənənlər, xüsusən, az yaşlılar bu ifadələrə xüsusi diqqət yetirməlidir, çünki bu birləşmələri düzgün yerində işlətməmək müəyyən anlaşılmazlıqlara səbəb ola bilər. Məsələn balaca Cim və anası arasında gedən kiçik dialoq buna misal olaraq göstərilə bilər.
Jim: Mum, Tom is dead. (Ana,Tom ölüdür)
Mum: Nonsense, child. He phoned me 5 minutes ago.(Cəfəngiyyatdır, övladım. O, 5 dəqiqə əvvəl zəng etmişdir.)
Jim: But I heard Mrs. Brown said her neighbours cut him dead. (Amma mən eşitdim xanım Braun dedi ki, qonşular onu ölü kəsib).
Sonuncu cümləni olduğu kimi tərcümə etsək, Tomun öldüyü anlaşılar. Lakin cut her dead ifadəsi onu görməzdən gəlmək mənasında işlənir.

Öncəki 1 ... 6 7 8 9 10 11 12 13 14 ... 46 Рекомендуем посетить сайт newprogs.net с софтом Sonrakı
  • Ünvan: AZ 1073, Bakı ş., Yasamal r.,
                 Mətbuat pr., 529-cu məhəllə
    Tel.:    (+994 12) 510 63 99
    Mob.: (+994 50) 209 59 68
               (+994 55) 209 59 68
    www.elmi-ish.az
    Email: [email protected]
  • Address: 529 block., Matbuat ave.,
                    Yasamal dis., Baku, Az 1073
    Tel.:    (+994 12) 510 63 99
    Mob.: (+994 50) 209 59 68
               (+994 55) 209 59 68
    www.elmi-ish.az
    Email: [email protected]
  • Адрес: АZ 1073, г. Баку, Ясамальский р.,
                 Метбуат пр., 529-ый квартал
    Тел.:    (+994 12) 510 63 99
    Моб.: (+994 50) 209 59 68
               (+994 55) 209 59 68
    www.elmi-ish.az
    Email: [email protected]