İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ QRAMMATİK  KATEQORİYALARIN İFADƏ VASİTƏLƏRİ

Msəllif: Əhmədova Səidə Məhiyəddin qızı

Açar sözlər: kateqoriya, şəxs, kəmiyyət, feil, növ
Key words: category, person, quantitative, verb, type
Ключевые слова: категория, личная, количественный, глагол, тип

 
Bütün dillərdə kateqoriya anlayışı fəlsəfi termin kimi daha geniş məhfumdur. Qrammatik kateqoriya bir qrup sözlərin qrammatik təsirlərin nəticəsi olaraq dəyişməsidir. Məsələn oğlan sözü sadə bir söz olsada, təklikdə geniş bir fikir bildirməsə də, cümlə daxilində bir neçə qrammatik kateqoriyanı daşıya bilər. Məslən, o, ağıllı oğlandır cümləsində adlıq hal, üçüncü şəxsin təki müşahidə olunur. Bunlar da hərəsi ayrı ayrılıqda müəyyən bir kateqoriyanı ifadə edir [1]
Azərbaycan dilində ümumi qrammatikanın sərhədləri müxtəlif şəkildə göstərilib və bu da öz növbəsində müəyyən qarışıqlığa səbəb ola bilir. Əslində nitq hissələri qrammatik morfoloji xüsusiyyətlərinə görə fərqlənsələr də, kateqoriyaya daxil olarkən birləşə bilirlər. Əgər hər hansı bir kateqoriyanı bir neçə nitq hissəsində görəriksə, bu , ümumi kateqoriyaya aiddir. Lakin verilən nitq hissəsinin yalnız özünə aiddirsə və həmin xüsusiyyəti başqa nitq hissəsində müşahidə etmiriksə, bu xüsusi kateqoriyaya aiddir. Əslində eyni hal ingilis dilinin də qrammatik kateqoriyalarına aiddir. Bəs ingilis və Azərbaycan dilində bu kateqoriyaların nə kimi oxşar və fərqli xüsusiyyətləri var? Onların işlənmə yerlərində, leksik və qrammatik xüsusiyyətlərində nə kimi fərqlər mövcuddur?

DİLLƏRİN QARŞILIQLI ƏLAQƏSİ: SUBSTRAT, SUPERSTRAT VƏ ADSTRAT

Müəllif: Vəliyeva Çimnaz Həsən qızı

Açar sözlər: dilçilik, assimilyasiya, dillərin çarpazlaşması, dillərarası əlaqə, müqayisə
Key words: luinguistic, assimilation, language crossing, interlanguage contact, compare
Ключевые слова: лингвистика, ассимиляция, скрещивание языков, межъязыковые контакты, сравнение.

 

Cəmiyyət inkişaf etdikcə, müxtəlif xalqlar təşəkkül tapdığı kimi müxtəlif dillər də meydana çıxmış və zəngin tarixi inkişaf yolu keçmişdir. Yer üzündə mövcud olan dillər mütəmadi olaraq bir-biri ilə əlaqədədir, bu əlaqələrin nəticələrini isə dilçiliyin sosiolinqvistika sahəsi öyrənir. Dillərin təması və kontaktı məsələlərinin tədqiqinə başlanılması XIX əsrin başlanğıcına təsadüf edir. Alman dilçisi Vilhelm fon Humboldt dilləri daha yaxşı anlamaq və öyrənmək üçün onları müqayisə edir, bir-biri ilə əlaqələndirir və yalnız XX əsrin ikinci yarısından etibarən aktual bir problemə çevrilmiş anlayışların əsasını qoyur.
Dillərin inkişafı və dəyişilməsi anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. Hər bir dəyişiklik hələ inkişaf demək deyildir. İnkişafdan yalnız dil sisteminin mürəkkəbləşməsi şəraitində bəhs etmək olar. Bundan başqa, “Dilin inkişafının müəyyən mərhələlərində baş verən dəyişmələr təkcə dilin daxili inkişaf qanunları ilə izahını tapmır. Bu dəyişmələr xalqın ümumi tarixi inkişaf kontekstində öyrənilir. Hər bir xalqın öz dili olduğu kimi, öz tarixi, öz yaşayış ərazisi vardır. Bu üç amilin qarşılıqlı təsiri dil əlaqələri üçün əsas yaradır”. (1.s.2)

BƏDİİ VƏ PUBLİSİST ÜSLUBLARIN QARŞILIQLI ƏLAQƏSİ

Müəllif: Məmmədova Aynurə İdris qızı
Açar sözlər: bədii üslub, publisist üslub, üslublar, ədəbi dil, üslub xüsusiyyətləri
Key words: the belles-lettres style, the publicist style, the styles, the literary language, the identity of the style
Ключевые слова: художественный стиль, публицистический стиль, стили, литературный язык, особенности стилей

 

Ədəbi dil əslində üslublar sistemidir. Cəmiyyət inkişaf etdikcə dilin fəaliyyət dairələri genişlənir. Nəticədə funksional ixtisaslaşma meydana çıxır və bir qrup leksik, morfoloji, sintaktik vahidlər sanki bir sahəyə təhkim olunur, orada fəaliyyət göstərərək konkret üslubi çalar alır. Bir üsluba xas olan bəzi ifadə vasitələri başqa üslubda işlənərək yeni vəzifə daşıya bilir.
Dilçilik ədəbiyyatında funksional üslubların növləri və onlar arasındakı qarşılıqlı əlaqələrin olduğu qeyd olunmuşdur. Bu qeydlərə əsaslanaraq tədqiqatçı A.Quliyeva üslubların əlaqəsinə aid tədqiqat işlərinin iki istiqamətdə aparıldığını göstərmişdir: “1) bir üslubun digər üslub ilə qarşılıqlı əlaqəsi; 2) bir üsluba məxsus müəyyən elementin və ya elementlərin digər üslubda təzahürü” (1, s. 6). Bu cür əlaqələrin aşkarlanması və tədqiqata cəlb olunması dildə gedən prosesləri izləmək mənasında çox vacibdir. Çünki onlar sözlərdə semantik yeniliyin əmələ gəlməsinə, dilin funksional rəngarəngliyini artırılmasına təkan verən proseslərdir.

TARİXİ GERÇƏKLİYİN AÇILMASINDA TOPONİMLƏR VƏ ETNOTOPONİMLƏR ƏVƏZEDİLMƏZ MƏNBƏDİR

Müəllif: Ağayeva Natəvan Fəxrəddin qızı
Açar söz: toponim, etnotoponim, onomastik, areal, xəzinə, etnogen
Key words: toponim, etnotoponim, onomastic, local, treasure, etnogenic
Ключевые слова: топоним, этнотопоним, ономастический, ареал, этноген

Bu dəhşətli hadisələr bəşəriyyətə qarşı cinayət kimi hüquqi – siyasi qiymətini almalıdır. Dünya dövlətləri bu pirinsipial məsələdə mövqelərini yenidən dəqiqləşdirməli, erməni təbliğatı nəticəsində formalaşmış stereo-tiplərdən imtina etməlidilər.
Bu, bir tərəfdən həmin hadisənin bir daha təkrarlanmasına yol verməmək üçün vacibdir, o biri tərəfdən isə, soyqırımı qurbanlarının xatirəsi qarşısında bizim vətəndaşlıq borcumuzdu.
Ümummilli Liderimiz Heydər Əliyev

Azərbaycanlılar dünyanın ən qədim xalqlarından biri, Şumer mədəniyyətinin varisidir. Cənnət kimi gözəl Azərbaycan torpaqlarında tarix boyu yadellilərin gözü olub. Dünyanın ən böyük cahangirləri dəfələrlə Azərbaycana qoşun çəkmiş, bu torpağın hər qarışı insan qanı ilə yoğrulmuşdur. Tarixin müəyyən dönəmlərində Vətənimiz işğala məruz qalmış, torpaqlarımız hissə - hissə bölüşdürülmüşdür. Dəmirqapı Dərbəndi, Borçalını, Təbrizi, Zəngəzuru, Göyçəni, Zəngibasarı, Dərələyəzi Azərbaycanımızdan qoparmışlar.
Tarixi gerçəkliyin acılmasında toponimlər və etnotoponimlər əvəzedilməz mənbədir. Azərbaycan xalqının qədim və zəngin tarixi ilə yaşıd olan toponimlər, etnotoponilmər daş kitabələr, abidələr kimi tarixin özünə şahidlik edir.
Allar - Zəngəzur ərazisində Gorus rayonunda kənd adıdı. Bir çox mənbələrdə kəndin adı Alarlar kimi verilib. Bazarçayın sol sahilində, meşəlik ərazidə yerləşirdi. Alarlar moğol türklərinin oyrat qoluna mənsub olan tayfadır. XIII əsirdə moğol yürüşləri zamanı Qafqaza gəlmiş, şahsevənlərin tayfa birliyinə daxil olmuş və müxtəlif regionlarda məskunlaşmışlar. Azərbaycanın Yardımlı və Cəlilabad rayonlarında, Türkiyənin Sivas bölgəsindən və Cənubi Azərbaycanda da Allar kəndləri vardır. Andronikin Zəngəzura hücumu zamanı 1918 – ci ildə azərbaycanlı əhalisi qovulmuş və kənd dağıdılmışdır.
Ağaflı - Zəngəzur ərazisində Gorus rayonunda kənd adıdı. 1913 – cü ildə D.D.Paqirevin tərtib etdiyi “Qafqazın beş verstlik xəritəsinin ad göstəricisi” toplusunda kəndin adı Aqaplu şəklində göstərilmişdir. Gorus rayon mərkəzindən 23 km. şimal - şərqdə yerləşmişdi. Kənd XX əsrin əvvəllərində dağıdılmışdır. Kəndin adı kəndin əsasını qoyan Ağaflı nəslinin adı ilə bağlıdır.

YENİ DÖVR (XXI ƏSR) TÜRK YAZIÇI VƏ ŞAİRLƏRİNİN DİL VƏ ÜSLUB XÜSUSİYYƏTLƏRİ

Müəllif: Mecidova Xəyalə Mirələm qızı
Açar sözlər: dil, üslub, yeni dövr, ədəbi yaradıcılıq, türk dili
Key words: language, style, new journey, literary creativity, Turkish language
Ключевые слова: язык, стиль, новая эра, литературное творчество, турецкий язык
 
Yüzilliklər tariхinə malik Türkiyə türk ədəbiyyatı zəngin ənənələr zəminində inkişaf еtmiş, dünya ədəbi-bədii fikrinin fоrmalaşmasında mühüm rоl оynamışdır. Lakin оnu da nəzərə almaq lazımdır ki, hər bir хalqın ədəbiyyatında оlduğu kimi Türkiyə türk ədəbiyyatında da özünəməхsus cəhətlər və fərqli хüsusiyyətlər diqqətdən yayınmır. Təbii оlaraq burada birinci növbədə milli sənət prоblеmlərinin qarşısında dayanan məsələlər və оnun həlli yоlları önəm təşkil еdir. Türkiyə türk ədəbiyyatının bir özəl kеyfiyyəti də оndan ibarətdir ki, bu ədəbiyyat ''bir çох millətlərin ədəbiyyatları kimi bir vətəndə, sоn bеş-altı əsr içində yох, türklərin dəyişik vətənlərində yüzillər boyu fоrmalaşıb inkişaf еtmişdir. Dоğrudur, bu qədər gеniş cоğrafi məkanda ümumtürk ədəbiyyat və sənət ənənələri təsirindən yan kеçilməsə də, Türkiyə türk ədəbiyyatı milli bir ədəbiyyat оlmaq kеyfiyyətini mühafizə еtmişdi.
Türk ədəbiyyatı 2000-ci ildən sonra yeni bir yol çəkməyə başlamışdır. Ümumiyyətlə, hekayə və roman janrlarını nəzərə alsaq, o zaman biz bu dövrə aid bir çox ümumi mövzular və bədii araşdırmaların ön plana çıxdığını görürük.

СТАНОВЛЕНИЕ И РАЗВИТИЕ ФРАЗЕОЛОГИЧЕСКОЙ НАУКИ В УКРАИНЕ

Müəllif: Керимова Леся Александровна
Ключевые слова: фразеологизмы, развитие, периоды, культура, традиции, особенности
Açar sözlər: frazeologizmlər, inkişaf, mərhələlər, mədəniyyət, ənənənə, xüsusiyyətlər
Key words: frazeologisms, development, stages, culture, tradition, features

 

Фразеологизмы относятся к языковым единицам, дающим представление об истории, культуре, мировоззрении и образе жизни украинского народа. Фразеологические единицы делают речь более выразительной, яркой и свидетельствуют об уровне развития языка. Богатство состава фразеологических единиц в лексической системе украинского языка дает возможность их изучения в различных аспектах (этимологическом, семантическом, синтаксическом и т.д.).
Во фразеологических единицах находит отражение мировоззрение украинского народа ‒ система взглядов, оценок и образных представлений о мире и месте в нем человека, общее отношение человека к окружающей действительности и самому себе, а также обусловленные этими взглядами основные жизненные позиции людей, их убеждения, идеалы, принципы познания и деятельности, ценностные ориентации. Такие внеязыковые факторы, как украинские обычаи, обряды, традиции, верования и т.д., являясь неотъемлемой частью духовной культуры украинского народа и выражая его мироощущение в разные периоды исторического развития, тесно связаны с появлением отдельных фразеологических единиц.

Öncəki 1 2 3 4 5 6 7 8 9 10 ... 12 Sonrakı
  • Ünvan: AZ 1073, Bakı ş., Yasamal r.,
                 Mətbuat pr., 529-cu məhəllə
    Tel.:    (+994 12) 510 63 99
    Mob.: (+994 50) 209 59 68
               (+994 55) 209 59 68
    www.elmi-ish.az
    Email: [email protected]
  • Address: 529 block., Matbuat ave.,
                    Yasamal dis., Baku, Az 1073
    Tel.:    (+994 12) 510 63 99
    Mob.: (+994 50) 209 59 68
               (+994 55) 209 59 68
    www.elmi-ish.az
    Email: [email protected]
  • Адрес: АZ 1073, г. Баку, Ясамальский р.,
                 Метбуат пр., 529-ый квартал
    Тел.:    (+994 12) 510 63 99
    Моб.: (+994 50) 209 59 68
               (+994 55) 209 59 68
    www.elmi-ish.az
    Email: [email protected]